Bitki-kərə qarışıqlı yağ (spred) idxalçısı “Alpenfood Group” MMC barəsində cərimə protokol tərtib edilib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol yazılıb.
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Aynurə Sadıqovanın sədrliyi ilə araşdırılacaq.
Porotkol tərtib olunan maddədə deyilir ki, 430.4-cü maddəyə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Alpenfood Group” MMC barəsində daha əvvəllər də eyni maddə ilə cərimə protokolu tərtib edilib.