Kult filmlərin müəllifi Lars fon Trier yeni filmini Danimarka İnstitutunun maliyyə dəstəyi ilə çəkəcək.
Kulis.az xəbər verir ki, rejissorun yeni filmi "Sonra" adlanır. Filmin ssenarisini də Trier özü yazır.
Qeyd edək ki, onun axırıncı filmi qalmaqallı "Cekin tikdiyi ev" filmi olmuşdu.