ABŞ-ın Luiziana ştatında "Fransine" qasırğası nəticəsində 380 min ev işıqsız qalıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi (NHC) məlumat yayıb.
Məlumata görə, qasırğa Morqan şəhərində 2-ci kateqoriya səviyyəsinə çatıb.
Güclü külək nəticəsində evlərin dam örtüyü uçub, ağaclar aşıb.
Qasırğanın yaratdığı güclü yağış küçə və prospektləri su altında qoyub.
Luiziana və qonşu Missisipi ştatında fövqəladə vəziyyət elan edilib.
Luiziana qubernatoru Ceff Landri ştatda yaşayanları səyahət etməmək və evdə qalmaqla bağlı xəbərdarlıq edib.
Nyu Orlean hava limanında bütün uçuşlar ləğv edilib.
Lafourche bölgəsində su basmış evlərdə qalan 26 nəfər xilas edilib.
Şəbnəm Mehdizadə