Avropa İttifaqı (Aİ) Şurası Ukraynanın suverenliyinə və müstəqilliyinə xələl gətirməkdə günahkar olanlara qarşı sanksiyaların müddətini altı ay uzadıb. Məhdudiyyətlər ən azı 15 mart 2025-ci ilə qədər qüvvədə qalacaq.
Bu barədə Qaynarinfo Aİ Şurasının mətbuat xidmətinə istinadən xəbər verir.
Məhdudlaşdırıcı tədbirlərə səyahət qadağaları, aktivlərin dondurulması və maliyyə resurslarının verilməsinə qadağalar daxildir. Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzü ilə bağlı 2200-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq olunmaqda davam edir.
Aİ Şurası həmçinin sanksiya siyahısına yenidən baxaraq yeddi nəfəri, o cümlədən beş vəfat edən şəxsi siyahıdan çıxarıb.
2022-ci il fevralın 24-də müharibə başlayandan bəri Aİ Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirib. Sanksiyalar Moskvanın iqtisadiyyatını zəiflətmək və müharibə aparmaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Avropa Şurası Ukraynaya davamlı dəstəyini bir daha təsdiqləyir və sanksiyaların gücləndirilməsi və onlardan yayınmanın qarşısını almaq üçün səyləri davam etdirməyə hazırdır.
Nizami Bağırov