EN

MSK Natiq Cəfərliyə “yox“ dedi - “Şikayəti əsassızdır“

MSK Natiq Cəfərliyə “yox“ dedi - “Şikayəti əsassızdır“




Növbədənkənar parlament seçkilərində 33 saylı Xətai Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Natiq Cəfərlinin müraciətinə baxılıb.AzFakt.com xəbər verir ki, müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Ramiz İbrahimov məlumat verib.O bildirib ki, o müraciətində dairə seçki komissiyasının ləğv edilməsini və dairə üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını istəyib: "Namizəd araşdırmaya gəlməyib. Namizəd tərəfindən təqdim edilən müraciətdə bülletenlərin seçki qutusuna atılmasını normal izləyə bilməmələri, protokolların imzalanmadan və möhür vurulmadan verilməsi, bülletenlərin sol küncünün əvvəlcədən kəsilmiş olduğu və s məsələlər göstərib. Müəyyən edilib ki, namizəd tərəfindən 40 seçki məntəqəsində pozuntu olduğu iddia edilsə də, 7 seçki məntəqəsi üzrə tərtib edilən aktlar şikayətə əlavə olunub. İddia edilən pozuntuların baş vermədiyi, müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərə lazımi şərait yaradıldığı müxtəlif partiyaların müşahidəçilərindən alınan izahatlarda öz əksini tapıb. Namizəd tərəfindən hazırkı şikayətə əlavə edilmiş elektron daşıyıcıda 5 seçki məntəqəsindən 10 videogörentü təqdim edilib. 1, 24, 25 saylı seçki məntəqələrində səsvermə kabinələrindən 2 nəfərin çıxması müşahidə edilir. Araşdırma zamanı müəyyən edilib ki, onlardan biri səs verən digəri isə ona kömək edən şəxsdir və videoda da görünür ki, qutuya yalnız 1 bülleten atılıb. Aparılmış araşdırma ilə müəyyən edilir ki, dairə seçki komissiyası düzgün qərara gəlinib və müraciət təmin edilməməlidir”.Məsələ səsverməyə çıxarılıb və DSK-nın qərarı qüvvədə saxlanılıb.




Xəbərin oxunma sayı :
46

Chosen
75
34
azfakt.com

10Sources