EN

Ukrayna Rusiyada vuracağı hədəflərinin siyahısını ABŞ-a verdi

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenə Rusiyada vurmaq istədikləri hədəflərin siyahısını təqdim edib. O, Blinkendən Amerikanın uzaqmənzilli silahlarındab Ukraynanın istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.

Bakupost.az xəbər verir ki, bu barədə ABC News Ukrayna prezidentinin müşavirlərindən birinə istinadən bildirib.

Zelenski Dövlət Departamentinin rəhbəri ilə sentyabrın 11-də Kiyevdə keçirilən "Krım Platforması" sammiti çərçivəsində görüşüb. Ukrayna prezidentinin Blinkenə Qərb silahlarının istifadəsi ilə bağlı “müfəssəl plan” təqdim etməsinə baxmayaraq, görüşün sonunda heç bir qərar qəbul edilməyib.

Blinken etiraf edib ki, o, Zelenski ilə bu mövzunu, eləcə də “bir sıra digər məsələləri” müzakirə edib. Dövlət Departamentinin rəhbəri cümə günü, sentyabrın 13-də Böyük Britaniyaya səfər zamanı ABŞ prezidenti Co Baydenlə detalları bölüşəcəyini bildirib.

Bloomberg-in məlumatına görə, Britaniya hakimiyyəti də Kiyevdən Rusiyada uzaq məsafədən zərbələr endirəcəkləri hədəflərlə bağlı plan təqdim etməyi xahiş edib. Eyni zamanda, “The Guardian” yazır ki, Zelenskinin Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşündən sonra Kiyev “Storm Shadow” raketlərindən istifadə etməklə Rusiyadakı hədəfləri vurmağa icazə alıb.

Zaur, BakuPost
Chosen
74
bakupost.az

1Sources