EN

"Mgb Lo Ofisis (Azərbaycan)" cərimələndi

"Mgb Lo Ofisis (Azərbaycan)" Qapalı Səhmdar Cəmiyyəti barəsində idarəçilik qaydaları əleyhinə olan (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub. 

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 598.7-ci  maddəsinə görə  bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın icraatındadır.

Sadiq İsbəndərli

Chosen
85
1
valyuta.az

2Sources