EN

Bütün iPhone 16 modelləri 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər

     X (keçmiş Twitter) istifadəçilərindən birinin aşkar etmiş olduğu məlumata əsasən bu həftənin əvvəlində təqdim edilmiş bütün iPhone 16 smartfonları 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər. İstifadəçi bu məlumatı China Quality Certification Centre adlı mərkəzin cihazların yoxlanışı ilə bağlı sənədlərini analiz edərək əldə edib. Məlumatda qeyd edilib ki, bütün iPhone 16 modelləri 3A cərəyan gücü çərçivəsində 5-15 vatt cərəyanlıq şarj cihazı vasitəsilə test olunublar.     Bu isə 45 vatt cərəyan gücünə bərabərdir. Bu öz növbəsində iPhone 15 smartfonlarının sahib olduqları sürətli şarj texnologiyası göstəricisindən 50% yüksəkdir. Hələ təqdimatdan öncə məlumat ortaya çıxmışdı ki, yeni iPhone modelləri daha sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaqlar. Lakin Apple şirkəti iPhone 16 smartfonlarının təqdimatları zamanı onların sahib olduqları sürətli şarj texnologiyasının gücü barəsində konkret bir məlumat vermədi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
technote.az

1Sources