EN

34 ölkə BRICS-ə qoşulmaq istəyir..?

Artıq 34 ölkə BRİKS-ə qoşulmaq arzusunu bildirib. Bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda təşkilata üzv ölkələrin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələri ilə görüşündə bildirib. Onun sözlərinə görə, təşkilat üzvləri bir çox dövlətlər tərəfindən BRİKS-ə artan marağı gözardı edə bilməzdilər.

Rusiya lideri əlavə edib ki, BRİKS-in hazırkı sədri kimi Rusiya bu il assosiasiya çərçivəsində birgə fəaliyyətin təşkilinə böyük məsuliyyətlə yanaşıb.

…Bizim sədrliyimizə xüsusi bir missiya həvalə edilib - yeni iştirakçı ölkələrin bütün Brix mexanizmlərinə ən sürətli və üzvi inteqrasiyasına hər cür kömək etmək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu deyən Rusiya prezidenti izah edib ki, digər ölkələrin təşkilatda iştiraka marağının artması səbəbindən BRİKS-inKazanda keçiriləcək sammitində təsdiqlənəcək tərəfdaş dövlətlərin yeni kateqoriyasının modallığı ilə bağlı fəal müzakirələr aparılıb.

Biz bu statusu almaq üçün mümkün namizədlərin dairəsini də nəzərdən keçirmək niyyətindəyik.

…Fürsətdən istifadə edərək, ölkələrinliderlərinə çatdırmaq istərdim ki, biz onları BRİKS-ə üzv ölkələrin hərtərəfli tərəfdaşlığının müzakirə ediləcəyi sammitdə gözləyirik.

Rusiya prezidenti bildirib bunu.

Əli Babayev

Chosen
82
1
sia.az

2Sources