EN

Azərbaycanda ilk dəfə "Formula Drift Azerbaijan" yarışı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda ilk dəfə "Formula Drift Azerbaijan" yarışıkeçirilib.

Trend xəbər verir ki,Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi və "Nargis”Fondunun təşkilati dəstəyi ilə iki gün ərzində “Test and TrainingAzerbaijan" Təlim Mərkəzində baş tutan yarışda ölkəmizin 12 pilotuiştirak edib.

Yarışın birinci günü kvalifikasiya turu olub. Bu turda NiyazBediyev - birinci, Rəhman Şıxəliyev – ikinci, Elvin Xudaverdiyevisə üçüncü yerə layiq görülüblər.

Yarışın növbəti günü isə "Formula Drift Azerbaijan"ın açılışmərasimi, drift avtomobillərinin paradı və pilotlarla tanışlıqolub.

Gərgin mübarizə və rəqabət şəraitində keçən yarışın qalibi NiyazBediyev olub. İkinci yerdə Elvin Xudaverdiyev, üçüncü yerdə isəRəhman Şıxəliyev qərarlaşıb.

Birinci yerin sahibi 3000 AZN, ikinci yer - 2000 AZN, üçüncüyerin sahibi isə 1000 AZN dəyərində mükafatlandırılıb. Qaliblərəhəmçinin kubok, medal və sertifikatlar təqdim edilib.

Qeyd edək ki, "Formula Drift Azerbaijan" yarışı xaricdən dəvətolunan münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Yarışla yanaşı yeni və klassik avtomobillərin sərgisi keçirilib,ziyarətçilər üçün xüsusi əyləncə zonaları təşkil olunub, tanınmışifaçıların iştirakı ilə konsert proqramı təqdim edilib.

Yarışda “Sveza”, "VTB Bank", "MG Motors", "AMSOIL Azerbaijan","ENEOS Azerbaijan", "Shokki Mokki", "E-Point", "Berga", “HonghiAzerbaijan”, “Maserati Azerbaijan”, “Avatr Azerbaijan”, “166/156Daşınma Şirkəti”, “Xpeng Azerbaijan”, “Red Bull Azerbaijan” və“Llumar Azerbaijan” brendləri dəstəyi ilə seçilib.

Xatırladaq ki, “Formula Drift Azerbaijan” yarışı il ərzindəümümilikdə 5 mərhələdən ibarət olacaq və gələcəkdə Azərbaycan üzrədrift çempionunu müəyyən etmək üçün gözəl bir platformaya çevrilməkşansı yüksəkdir.

Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Chosen
31
15
az.trend.az

8Sources