Nadejda Babkina robot Ardi ilə birlikdə “Mənim Vətənim” mahnısını ifa edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə sənətçinin özü Telegram kanalında bildirib.
Babkinanın süni intellektlə çıxışı Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun açılışında baş tutub. Tədbirin mövzusu incəsənətdə süni intellektin imkanları olub. …Mənim Vətənim” mahnısı birgə ifa üçün seçilib – doğma torpağa məhəbbət, onun zəngin tarixi və mədəniyyətinə hörmət himni, eləcə də xalqın birliyinin simvolu, - deyə Nadejda bildirib.
Yeri gəlmişkən Babkinanın çıxışlarının nə qədər baha olduğu daha əvvəl məlum olmuşdu.
Nazlı Almuradova