"Barselona"nın yarımmüdafiəçisi Qavi komanda ilə ümumi məşqlərə qayıdıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Qavi İspaniya millisinin heyətində dizindən zədə alıb və mövsümün sonuna qədər sıradan çıxıb. Ötən mövsüm Qavi 15 oyun keçirib, iki qol vurub və bir qolun ötürməsini verib.