Polşa hakimiyyəti Cənubi Koreyadan istifadəyə yararsız "FA-50" döyüş təlim təyyarəsi alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyinin rəis müavini Sezari Tomçik məlumat verib.
O izah edib ki, Polşa müqavilə bağlayarkən alınan təyyarənin silahlanması məsələsini müzakirə etməyib. Nəticədə Polşa Müdafiə Nazirliyi döyüş qabiliyyəti olmayan 12 təyyarə alıb.
“Bunlar, yəqin ki, dünyanın ilk qeyri-döyüş təlim təyyarələridir”, - nazir müavini bildirib.
Müəllif: Teleqraf.com