EN

Rusiya buna görə Conini “xarici agent” kimi tanınmasını istəyir

Almaniyada keçirilən “Glamotion” festivalında çıxış edən Rusiya Federasiyasından olan estrada ulduzlarının “xarici agent” kimi tanınması tələb olunur. 

OLAY “Life” nəşrinə istinadən yazır ki, buna səbəb tədbirin təşkilatçılarının Ukrayna Silahlı Qüvvələrinə sponsorluq etməsində şübhəli bilinməsidir. 

Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihə nümayəndələri baş prokurora müvafiq sorğu ilə müraciət ediblər. 

“Belə sənətçilər öz hərəkətləri ilə Rusiya prezidentinin siyasətini və ölkəmizin kursunu gözdən salır. Almaniyanın Ukraynanın terrorçu rejimini dəstəklədiyini və onların çıxışlarının təşkilatçılarının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün pul yığdığını bilərək, orada konsertlər verməkdə davam edirlər”, - deyə məlumatda bildirilib. 

Festivalda Klava Koka, Bianka, RASA qrupu ilə yanaşı Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Coni də (Cahid Hüseynli) çıxış edib.

Chosen
112
3
olay.az

4Sources