Bakı. Trend:
Dünyada yanacaq istifadəsi ilə əlaqədar yaranan qlobal istixanaqazlarının 4-də 1-i nəqliyyat sektorunun payına düşür və busektorda baş verəcək dəyişikliklər Paris İqlim Sazişinin həyatakeçirilməsində əsas rol oynamalıdır.
Trend xəbərverir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisiVladanka Andreyeva Bakıda “Beynəlxalq Davamlı İnkişaf və İqlimİnnovasiyaları” Forumunda deyib.
Onun sözlərinə görə, nəqliyyat sektorunda dəyişiklik edilməsə,emissiyalar ikiqat artacaq.
"Davamlı hərəkətliliyin inkişafını təşviq etmək məqsədilə BMTnəqliyyat sektoru ilə müxtəlif koalisiya təşəbbüsləri başladıb,bunlara "Ekoloji Təmiz Nəqliyyatın Yaradılması Üçün Təşəbbüslər"(ACT) kimi ən böyük qlobal koalisiya da daxildir. Bu təşəbbüsləriqlim dəyişikliklərinə uyğunlaşma və bütün nəqliyyat növlərininsıfır emissiyaya keçirilməsi ilə bağlıdır", - V.Andreyevabildirib.
Eyni zamanda, onun fikrincə, nəqliyyat sektorunda emissiyalarınkəskin şəkildə azaldılması və aşağı karbon rejiminə keçid üçüninnovativ avtomobil texnologiyaları, davamlı bioyanacaq, inkişafetdirilmiş infrastruktur, iqlimə uyğun şəhər planlaşdırması,maliyyə və istehlakçıların məlumatlandırılması üzrə təşviqkampaniyaları da vacibdir.
Onun sözlərinə görə, hazırda iqlim dəyişikliyinin ən pistəsirlərinin qarşısını almaq lazımdır. Qlobal istiləşmə 1,5dərəcədən aşağı və ya onun ətrafında məhdudlaşdırılmalıdır.
"Kompleks yanaşma və bütün sektorlardan və cəmiyyətin bütünsəviyyələrindən əməkdaşlıq tələb olunur. İqlim böhranı iləmübarizədə sektorlar arası əməkdaşlığın təşviq edilməsi zəruridir",- o bildirib.
O qeyd edib ki, iqlim dəyişikliyi hamımıza təsir edir və yalnızinklüziv və koordinasiyalı fəaliyyətlər vasitəsilə əhəmiyyətliirəliləyişə nail olmaq mümkündür.
Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) keçiriləcək.