Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Abşeron rayonunun Saray qəsəbəsində inşası nəzərdə tutulan yeni yaşayış kompleksinin tikinti layihəsini hazırlayacaq şirkət məlum olub.
İqtisadiyyat.az xəbər verir ki, agentlik şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərini “Arch-tikinti” şirkətinə həvalə edib.
Şirkət isə bu işləri 531 000 manata həyata keçirəcək. Artıq MİDA ilə “Arch-tikinti” şirkəti arasında bununla bağlı müqavilə bağlanılıb.
Qeyd edək ki, Saray qəsəbəsində yaşayış kompleksinin 4,5 ha torpaq sahəsində inşası planlaşdırılır.