EN

“Formula 1” ərəfəsində qərb siyasətçilərinin Azərbaycana qarşı hücumu... VİDEO

Erməni lobbisinin əlində alətə çevrilən alman deputat Frank Şvabenin Azərbaycana qarşı qarayaxma kampaniyası davam edir.

Əlbəttə illərlə erməni lobbisinin təsiri altında olmaqla, Qarabağdakı ermənilərin hüquqları barədə danış Şvabenin bu etirazları nə ilk, nə də son deyil. Məqsəd  bəllidir...

“Hər dəfə ölkəmizdə beynəlxalq tədbirlər keçiriləndə müəyyən dairələr hərəkətə keçirlər...Bu dəfə də belə oldu...”

Frank Şvabe son çıxışlarında yenidən Azərbaycandakı  müəyyən məsələlərə toxunub. Guya Azərbaycan Avropa Şurasına üzv olmaqda maraqlı deyil, çünki bu təşkilatın "dəyərlrinə hörmət etmir... Lakin bu dairələrin unutduqları bir məqam var. Müstəqil siyasət aparan Azərbyacan ilə təzyiq dilində danışmaq olmaz.

Maraqlıdır  Ermənistanda baş verən proseslər  fonunda səsini çıxartmayan Şvabe kimilər  niyə Azərbaycanın adı gələndə dəridən qabıqdan çıxırlar. .Baş verən açıqlamları analiz  edəndə  belə  qənatə  gəlmək olur ki, alman deputat Şvabe vətən müharibəsinin nəticələri ilə heç cür barışmaq istəmir...

Politoloq Nazim Cəfərsoy  deyir ki, bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanan Frank Şvabenin Azərbaycan  barədə səsləndirdiyi fikirlər bu insanın nə dərəcədə qərəzli, saxta və ikiüzlü siyasətçi olduğunu nümayiş etdirir. Onun narahat edən məqamlar isə tamamiylə başqadır...

Ümumiyyətlə Azərbaycan ictimaiyyəti Şvabe, Okampo, bir sıra ABŞ konqresmenləri və senatorları, fransalı siyasətçilər və insan hüquqları müdafiəçilərinin ardıcıl, məqsədyönlü və sifarişli hücumlarına onilliklərlə şahidlik edir. Bütün bunların arxasına isə erməni lobbisi və antiazərbaycan qüvvələr dayanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
90
xezerxeber.az

1Sources