EN

Donetskdə beynəlxalq təşkilatın 3 əməkdaşı həlakOLDU

Beynəlxalq Qızıl Xaç Komitəsi Donetskdəki hücumda 3 əməkdaşının öldüyünü, ikisinin isə yaralandığını açıqlayıb. Hücumun yardım paylama bölgəsində edildiyini bildirən Qızıl Xaç, hadisəni "vicdansızlıq" adlandırıb. Ukrayna prezidenti Zelenski hücumu Rusiyanın törətdiyini və bunun “Rusiyanın başqa bir  hərbi cinayəti” olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Qızıl Xaç Komitəsi əməkdaşlarının Donetsk şəhərinin şimalında yerləşən Virolyubivka kəndində odun və kömür paylamağa hazırlaşdıqlarını bildirib.

Qırmızı Xaç Komitəsinin prezidenti Mirjana Spoljaric məsələ ilə bağlı deyib: "Qızıl Xaç işçilərinə qarşı hücumları ən kəskin şəkildə pisləyirəm. Biz həmkarlarımızın itkisinə görə kədərlənirik". 

Seymur BƏNNAYEV 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
redaktor.az

1Sources