"Football-plus.az" xəbər verir ki, ''Bordo-mavililər''in ''Braqa''dan transfer etdiyi gənc müdafiəçi Türkiyənin U-21 yığmasının düşərgəsində olduğu üçün Trabzona yalnız dünən ayaq basıb. Onun ilk açıqlamasında ''Trabzonspor''u ''Beşiktaş''dan daha böyük bir klub adlandırması müzakirələrə səbəb olub:
"Çox sevincliyəm. Türkiyə çempionatını əla tanıyıram. ''Beşiktaş''dan sonra Türkiyədə məhz burda oynayacam. ''Beşiktaş''dan daha böyük bir kluba gəldim. Türkiyədən ayrıldığım dönəmlə müqayisədə indi daha təcrübəliyəm. ''Braqa''da çox oyuna çıxdım. İnşallah özümü ən yaxşı tərəfdən göstərməyə müvəffəq olacam. Həftəsonu ''Beşiktaş''la oyunda fanatlarımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik''.
Qeyd edək ki, ''Beşiktaş''ın yetirməsi olan 21 yaşlı futbolçu 2022-nin yayında 2 milyon avroya ''Braqa''ya transfer olunmuşdu. Həmin vaxt onun baş məşqçi vəzifəsini icra edən Valerien İsmael ilə münasibətləri pozulmuş və o, ''Qartal''dan heç də xoş şəkildə ayrılmamışdı.
ƏLİ