EN

Argentinada qarşıdurma: 20-ə yaxın insan yaralandı

Argentinanın Buenos-Ayres şəhərində Konqres binası qarşısında keçirilən etiraz aksiyasının dağıdılması nəticəsində 20-yə yaxın adam yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə C5N telekanalı məlumat yayıb.

Zərərçəkənlərin əksəriyyəti rezin güllələrdən və gözyaşardıcı qazdan aldıqları xəsarətlər səbəbindən həkimə müraciət ediblər.

Onlardan azı üç nəfər saxlanılıb.

Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç qarşıdurmalara görə etirazçıların məsuliyyət daşıdığını bildirib:

"Son yürüşlərdə polisin üzərinə daş və dəyənəklərlə gələn bir qrup fəal var idi və indi polisin uşağa qarşı gözyaşardıcı qaz işlətdiyini deyirlər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
2
axar.az

3Sources