…Avqustda Rusiya bazarında Minsk Avtomobil Zavodundan 428 yeni yük maşını satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə (587) 27,1 faiz azdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Pozirk yazır. Səkkiz ay ərzində Belarus müəssisəsi bu avadanlıqdan 3759 ədəd satıb. Halbuki ötən ilin müvafiq dövründə bu 4120 ədəd olmuşdu.
Ekspertlərin bildirdiyinə görə, keçən ay Minsk Avtomobil Zavodunun məhsulları Rusiya avtomobil bazarının bu seqmentində ən çox satılan markalar siyahısında 8-ci yeri tutub.
Yəni bazar payı 3,9faiz təşkil edib.
İlk beş satış liderinə Rusiyanın “KamAZ” avtomobili başçılıq edir (1,689; 2023-cü ilin iyulunda satış səviyyəsinə -43,3 faiz). Daha sonra dörd Çin istehsalçısı gəlir: SITRAK (1,733; -41 faiz), Shaanxi (1,574; -45,4 faiz), FAW (920; -59,2 faiz) və Dongfeng (1,037; artım 2,2 dəfə).
…2023-cü ildə MAZ 6406 yeni yük maşını satıb ki, bu da 2022-ci illə müqayisədə (4391) 45,9 faiz çoxdur.
Nazlı Almuradova