EN

Ətir saçan rozmarin – dərmanıdır dərdlərin

Rozmarin bitkisinin azərbaycanca tərcüməsi bibəriyyədir. Bitki Azərbaycan mətbəxində geniş yer tutur – həm yeməklərdə ədviyyat, həm yağ, həm də çay kimi istifadə olunur.

Aralıq dənizi mətbəxində rozmarin ədviyyat kimi tez-tez istifadə edilir. Yarpaqları tökülməyən və kiçik ağaca bənzəyən bitki nanənin də aid olduğu “Labiatae” ailəsindəndir. Kola bənzəyən bitki şam ağacını xatırladır. Təzə rozmarin bütün ilboyu tapılan bitkidir. Dadlı olduğu üçün tez-tez ət xörəklərində ədviyyat kimi çox istifadə olunur. Rozmarin çayının faydaları və istifadəsi haqqında dietoloqlar açıqlamalarında bildiriblər.

Qeyd edilir ki, rozmarinin faydalarını saymaqla bitmir. O, tərkibində yüksək miqdarda B, C, D, E və K vitaminləri olan qida dəyəri yüksək olan bir bitkidir. Həmçinin dəmir, kalsium və fosforla zəngindir.

Mütəxəssislər beyin qan dövranını və ürəyin fəaliyyətini yaxşılaşdırmaq üçün rozmarindən xüsusi istifadə qaydası tövsiyə edirlər: 2 stəkan qaynar suya 1 çay qaşığı yarpaq tökülür və 30 dəqiqə termosda saxlanır. Sonra başqa şüşə qaba süzülür.

Rozmarin dəri hüceyrələrini cavanlaşdırır, nəmləndirir, qırışları azaldır, qan dövranını aktivləşdirir, dərinin elastikliyini bərpa edir, şişkinliyi aradan qaldırır, üz rəngini yaxşılaşdırır, piqment ləkələrini təmizləyir. Həmçinin həzmi asanlaşdırır, immunitet sistemini gücləndirir, migren, əzələ və oynaq ağrılarını aradan qaldırır, yaddaş və konsentrasiyanı artırır, stress və narahatlığı azaldır. Detoks təsirlidir. Yalnız enerjini yeniləmir, həm də bədənin və zehnin yorğunluğunu aradan qaldırır.

Z.HÜSEYNLİ 
XQ

 

Chosen
115
xalqqazeti.az

1Sources