Yens Stoltenberqin NATO-nun baş katibliyindən getməmiş artıq yeni vəzifə təklifi alıb. Alman Redaksiya Şəbəkəsinin xəbərində NATO baş katibi vəzifəsini tərk edəcək Stoltenberqin 2025-ci ildə Münhen Təhlükəsizlik Konfransının prezidenti postunda Kristof Heusgeni əvəzləyəcəyi iddia edilib.
Xəbərlərdə Münhen Təhlükəsizlik Konfransı Fondu Qəyyumlar Şurasının bu istiqamətdə qərar verməyə hazırlaşdığı iddia edilib.
Belə ki, xəbərdə ilk dəfə olaraq Münhen Təhlükəsizlik Konfransı sədrinin alman olmayacağı və Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşinqerin Stoltenberqin Münhen Təhlükəsizlik Konfransının sədri təyin olunmasını şərh etdiyi bildirilib: Konfrans “müqayisəli olmayan şəkildə daha yaxşı seçimdir”.
NATO-nun baş katibi Stoltenberq vəzifəsini oktyabrın 1-də Hollandiyanın keçmiş baş naziri Mark Rutteyə təhvil verəcək.
Heusgen 2022-ci ildə Münhen Təhlükəsizlik Konfransının sədri təyin edilib.
Hər ilin fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən Münhen Təhlükəsizlik Konfransında yüksək səviyyəli siyasətçilər, müdafiə ekspertləri, hərbi ekspertlər və müdafiə sənayesi nümayəndələri təhlükəsizlik siyasəti məsələlərini müzakirə edirlər.