EN

PSJ Mbappeyə 55 milyon avro ödəməlidir

Peşəkar Fransa Futbol Liqasının Hüquqi Komitəsi PSJ-dən komandanın sabiq futbolçusu Killian Mbappeyə borcunu qaytarmağı tələb edib.   Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. Paris klubunun 25 yaşlı fransalı hücumçuya 55 milyon avro məbləğində maaş borcu var. PSJ 8 il ərzində bu məbləği qaytarmalıdır.

Qeyd edək ki, Killian Mbappe sabiq komandası PSJ-dən 2024-cü ilin aprel, may, iyun ayları üçün maaşını və bonuslarını tələb etmişdi. O, bu yay azad agent kimi "Real"a transfer olub.

Chosen
48
7
manset.az

6Sources