EN

Vergi fırıldaqçılığında və korporativ aktivlərdən sui-istifadədə ittiham olunur

Fransa millisinin və“Liverpul”un sabiq hücumçusu Cibril Sisse 1 il şərti həbs cəzasına məhkum edilə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı sabiq futbolçu vergi fırıldaqçılığında və korporativ aktivlərdən sui-istifadədə ittiham olunur.

Fransa prokurorluğu məhkəmədən Sissenin 100 min avro məbləğində cərimələnməsini istəyib.

Sisse 2002-2011-ci illərdə Fransanın əsas millisində oynayıb. O, 2004-2006-cı illərdə “Liverpul”un formasını geyinib.

Chosen
149
sportinfo.az

1Sources