ABŞ Prezidenti Cozef Bayden ATACMS raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi üçün istifadə edilməsinə icazə verməyəcək.
“Report” xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, London və Paris hadisələrin belə inkişafında maraqlı olarsa, Amerika lideri Britaniya və Fransa raketlərinin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə hücum etmək üçün istifadə edilməsinə mane olmayacaq.
Eyni zamanda Britaniyanın hərbi dairələrindəki mənbə “The Times” qəzetinə deyib ki, Böyük Britaniyanın Rusiya ərazisinə dərinlikdə zərbələr endirmək üçün digər Qərb ölkələrinin dəstəyinə ehtiyacı yoxdur.