EN

“Qalatasaray”da ciddi itki

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Hakim Ziyeş zədələndiyi üçün 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, Mərakeş millisinin heyətində sıradan çıxıb. 31 yaşlı yarımmüdafiəçinin baldır əzələsində yırtıq aşkarlanıb.

Bu halda ulduz futbolçu Superliqanın 5-ci turunda sentyabrın 14-də “Çaykur Rizəspor” matçını və sentyabr 21-də “Fənərbaxça” ilə derbi oyununu buraxacaq.

Chosen
123
5
qafqazinfo.az

6Sources