Pxenyan Vaşinqtonu ittiham edir
Şimali Koreya ABŞ-ı Ukraynadakı münaqişəni uzatmaqda qınayır.
Reyting.az bu barədə KXDR Xarici İşlər Nazirliyinin xarici siyasət idarəsinin rəhbəri açıqlama yayıb. O bildirib ki, ABŞ öz hərəkətləri ilə Ukraynadakı münaqişəni uzadır və Avropada vəziyyəti gərginləşdirir. Diplomatın sözlərindən Koreya Mərkəzi Xəbər Agentliyi sitat gətirib.
Açıqlamaya səbəb ABŞ dövlət katibi Antoni Blinkenin “Rusiya Federasiyası ilə suveren dövlətlər arasında əməkdaşlığı gözdən salan”, bunu Avropa üçün təhlükə adlandıran bəyanatları olub.
ELÇİN