Naxçıvan Muxtar Respublikasında yol infrastrukturu yenilənir.
İqtisadiyyat.az xəbər verir ki, bu istiqamətdə müvafiq qurumlar hazırlıqlara başlayıb.
Belə ki, qəsəbə və kəndlərin daxili yollarının təmiri ilə bağlı müvafiq işlər aparılır.
Yaxın zamanda Şərur rayon Müslüm-Muğancıq, Cəlilkənd-Düdəngə kəndlərinin avtomobil yollarının və Babək rayon Nehrəm qəsəbəsinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinə başlanılacaq.