EN

10 ilə 250 milyard gəlir

ABŞ Maliyyə Nazirliyi illik mənfəəti 1 milyard dolları keçən şirkətlərə ən azı 15 faiz korporativ vergi ödəməsi təklifini dərc edib. Nazirlikdən verilən açıqlamada ölkədəki ən böyük və gəlirli şirkətlərin orta hesabla 2,6 faiz vergi ödədiyi diqqətə çatdırılıb və bunun səbəbinin bu şirkətlərin bəzilərinin aqressiv – az və ya heç bir vergi ödəməmə planlaşdırma strategiyalarından istifadə etdiyi qeyd edilib.

Açıqlamada sözügedən şirkətlərin tibb bacıları, yanğınsöndürənlər, polis məmurları və müəllimlərdən daha az vergi ödəyərək səhmdarlarına rekord gəlir qazandırdıqları, kiçik müəssisələrə qarşı haqsız rəqabət üstünlüyü əldə edildiyi vurğulanıb.

Açıqlamada, Gəlir Administrasiyası (IRS) və ən böyük və ən gəlirli şirkətlər tərəfindən ödənilən korporativ vergilərdə əhəmiyyətli itkilərin aradan qaldırılması üçün “Korporativ Alternativ Minimum Vergi (CAMT)” tətbiqini nəzərdə tutan təklifin dərc edildiyi və Yeni təkliflə təxminən 100 şirkətin CAMT ödəyəcəyi təxmin edildiyi bildirirlib.

Açıqlamada CAMT-nin ən böyük şirkətlərin öz səhmdarlarına bildirdiyi mənfəətə minimum vergi tətbiq etməklə kiçik biznes üçün bərabər şəraitin təmin olunmasına kömək edəcəyi və təklifin iri şirkətlərin səhmdarlara bildirilən mənfəətdən minimum 15 faiz vergi ödəmələrini məcburi etməklə vergi ədalətini artıracağı qeyd edilib.

Açıqlamada, 2025-ci ildə 20 milyard dollar, 2025-2034-cü illərdə isə 250 milyard dollardan çox gəlir əldə ediləcəyi təxmin edildiyi və CAMT-nin yalnız ildə 1 milyard dollardan çox orta qazanc əldə edən böyük şirkətlər üçün keçərli olacağı bildirilib.

Bəyanatda qeyd olunub ki, bütün maraqlı tərəflər dekabrın 12-dək təklifə münasibət bildirə bilər və Xəzinədarlıq Departamenti və IRS təklif olunan tənzimləmə ilə bağlı daxil olan şərhləri qiymətləndirəcək.

Chosen
79
vaxt.az

1Sources