Dünya bazarlarında qızılın unsiyasının qiyməti 2583 dollara qədər bahalaşaraq yeni rekord qırıb.
Teleqraf.com xəbər verir ki, bu gün qızıl daha 1.7% dəyər qazanıb.
Qiymətli metal bu il təxminən 20 faiz, son 12 ayda isə 31% bahalaşıb.
Qızılın bahalaşmasının səbəbləri ABŞ-da inflyasiya, mərkəzi bankların və Çində istehlakçıların alışlarının artması, həmçinin Yaxın Şərq və Ukraynadakı münaqişələrdir.
Müəllif: Teleqraf.com