EN

Çin: Ukrayna və İsrail-Fələstin münaqişələrinin həllində ikili standartlar qəbuledilməzdir

“Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həllində ikili standartlar və geosiyasi maraqların axtarışı istisna edilməlidir”.

Editor.az xəbər verir ki, bu barədə 11-ci Syanşan Beynəlxalq Təhlükəsizlik Forumunun açılış mərasimində çıxış edən Çinin müdafiə naziri Donq Jun deyib.

“Sülh danışıqlarını və siyasi həlli təşviq etmək Ukrayna böhranını, Fələstin-İsrail münaqişəsini və digər qaynar problemləri həll etmək üçün yeganə əsas çıxış yoludur. Önəmli olan ədalətli olmaq, geosiyasi maraqlar güdməmək və ikili standartlara əl atmamaqdır. Bu, bütün tərəflərin etimadını qazanmağın və danışıqlar və kompromislər üçün daha əlverişli mühitin yaradılmasının yeganə yoludur”, – deyə o bildirib. Çinli nazir, problemləri həll etmək üçün əvvəlcə kök səbəbləri və faktları qavramalı, sonra isə bu problemlərin açarlarının tapılmalı olduğunu deyib.

Qeyd edək ki, Çin Hərbi Elmlər Akademiyası tərəfindən hər il təşkil edilən Sianşan Beynəlxalq Təhlükəsizlik Forumu bütün dünyada, xüsusilə Asiya-Sakit okean regionunda təhlükəsizlik sahəsində əməkdaşlığa diqqət yetirir. Bildirilir ki, hərblərarası dialoqu inkişaf etdirmək məqsədi daşıyan bu forumun əsas prinsipləri bərabərlik, açıqlıq, tolerantlıq və təcrübə mübadiləsidir. 12-14 sentyabr 2024-cü il tarixlərində keçirilən builki forumda iştirak edən Rusiya nümayəndə heyətinə müdafiə nazirinin müavini Aleksandr Fomin başçılıq edib.

//Gülnarə Abasova, Editor.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
editor.az

1Sources