“Kiyevin düsturları ilə Rusiyanı danışıqlara məcbur etmək üçün NATO Ukraynaya qoşun yeritməyi planlaşdırır”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.
“Ukraynaya hərtərəfli hərbi yardım verilir və Kiyevi Rusiya ərazisinə hücumlar etməyə sövq edirlər ki, Kiyevin düsturlarına uyğun olaraq Rusiyanı zorla danışıqlara məcbur etsinlər. Onlar öz qoşunlarını Ukraynaya göndərmək planları hazırlayırlar ki, bu, nüvə gücləri arasında birbaşa hərbi toqquşmaya gətirib çıxara biləcək təhlükəli bir oyundur”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az