Rusiyalı hücumçu Artyom Dzyubanın yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu "Akron"a keçib. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli forvard Tolyatti təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Artyom Dzyuba son olaraq Moskva "Lokomotiv"inin formasını geyinib.
saytlarin hazirlanmasi