ABŞ prezidentliyinə namizəd Trampın Ukrayna ilə bağlı “sülh planı”nın detalları açıqlanıb.
Azpost.info bildirir ki, Trampın vitse-prezident postuna namizəd irəli sürdüyü Cey Di Vens Trampın Ukrayna böhranının həllinin təfərrüatlarını açıqlayıb.
Vens “Shawn Ryan Show”podkastına müsahibəsində Trampın Ukrayna məsələsinin nizamlanması planlarından danışıb.
Onun sözlərinə görə, Tramp hesab edir ki, Rusiya ilə Ukrayna arasında demarkasiya xəttinin olduğu yerdə möhkəmləndirilmiş hərbisizləşdirilmiş zona formalaşdırılmalıdır. Kiyev istənilən hərbi-siyasi alyanslara (o cümlədən NATO) qoşulmaqdan imtina etməli olacaq.
Eyni zamanda, Avropa Ukraynanın bərpasına cavabdeh olacaq.
Xatırladaq ki, Tramp əvvəllər münaqişəni bir günə bitirə biləcəyini iddia etmişdi.
Prezident Putinin Rusiyanın münaqişənin həlli ilə bağlı danışmağa hazır olduğu şərtləri isə belədir: Kiyev qoşunlarını Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən çıxarmalıdır. Ukrayna bu əraziləri və Krımı rəsmi olaraq Rusiya ərazisi kimi tanıyır. Həmçinin bloklara qoşulmamaq və nüvəsiz statusa razılaşır. Həmçinin Qərbin Rusiyaya qarşı sanksiyaları da aradan qaldırılmalıdır.