NATO Ukraynada savaşa girdi - Volodin
NATO Ukraynadakı döyüşlərin iştirakçısı oldu.BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. “NATO faktiki olaraq Ukrayna Silahlı Qüvvələri adı altında döyüşür. Əvvəllər bunlar məsləhətçilər və təlimatçılar idi, indi muzdlular və NATO silahlarından istifadə edən bütöv birliklərdir. Ölkəmizin hansı şəhərlərinə hücum ediləcəyini müəyyən edir, hərbi əməliyyatları əlaqələndirir, əmrlər verirlər”, - Volodin bildirib.