Daxili İşlər Nazirliyi Saatlıda azyaşlının ölümü ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə dünən günorta saatlarında baş verib. Rayonun Orta Muğan kənd sakini E.Əskərov "VAZ 21061" markalı avtomobili geriyə doğru hərəkət etdirən zaman azyaşlı övladını vurub. Azyaşlı aldığı xəsarətlərdən ölüb.
Demedia.az -ın məlumatına görə, hadisə Saatlı şəhəri ərazisində baş verib. 32 yaşlı Əskərov Elşən Seyfulla oğlu "VAZ-21061" markalı avtomobili həyətdən çıxarmaq üçün geriyə hərəkət edərkən 2 yaşlı oğlu Sənan avtomobilin altında qalıb.