EN

COP29 tədbirinə kölgə salmaq istəyənlər kimlərdir? – Almaniyalı deputatın iç üzü ortaya çıxdı

Azərbaycan torpaqları işğal altında olduğu zaman ölkəmizə qarşı ədalətsiz mövqedə dayanan Qərb rəsmiləri, torpaqlarımızın azad edilməsindən sonra qərəzli ritorikaya keçiblər.

Azərbaycanın adı keçən məclislərdə hər zaman düşmən mövqeyi ilə seçilən Avropa Parlamentinin almaniyalı deputatı Frank Şvabe növbəti hücuma başlayıb. F. Şvabe bu dəfə Azərbaycanda “siyasi məhbus” probleminin olduğunu iddia edib. Uzun illərdir ki, avropalı siyasətçilər “insan haqları”, “demokratiya”, “siyasi məhbus” kimi ifadələrdən istifadə edərək, özlərinə boyun əyməyən ölkələri vurmağa çalışırlar. Azərbaycanda Qərbdən maliyyə dəstəyi alıb təxribatçı fəaliyyətlə məşğul olan xeyli şəxs və onların bağlı olduqları şəbəkələr ifşa edilib.

Bundan sonra belə hücumlar, əslində, gözlənilən idi. Lakin bunu edənlər bilməlidirlər ki, Azərbaycan rəhbərliyi yalnız öz iradəsi və ölkənin milli maraqları çərçivəsində hərəkət edir. Rəsmi Bakı ilə təzyiq dilində danışmağın qeyri-mümkün olduğunu F. Şvabeni tənqid edənlər də yaxşı bilirlər. Hərgah onların məqsədi COP29 tədbirinə kölgə salmaqdır. Əvvəllər də “Avroviziya”, Avropa Oyunları, İslam Oyunları və “Formula-1” yarışları öncəsi Azərbaycana qarşı bu cür böhtanlar atılsa da, bədxahlar hər dəfə uğursuzluğa düçar olublar.

Azərbaycanda olmayan siyasi məhbusları axtaran F. Şvabe və onun ağaları Ermənistanda baş verən hadisələrə susurlar. Ölkəmizə qarşı amansız böhtanlar yağdıran bu psevdohumanist deputat 2019-cu ildə Ermənistanda həbsxanada acılıq aksiyası keçirən müxalif jurnalist Mher Yegiazaryanın vəfat etməsi, 2022-ci il iyulun 15-də müxalif siyasətçi Armen Qriqoryanın məhkəmə zalında müəmmalı şəkildə ölməsi faktlarını görməzliyə vurur. Aydın məsələdir ki, onun və digər əqidədaşlarının Ermənistanı tənqid etməyə cəsarəti yoxdur.

Çünki onları danışdıran erməni diasporundan gələn pullardır. Sifariş isə çox sadədir – yalnız Azərbaycana qarşı böhtan kampaniyası aparmaq. Vəziyyət o həddə çatıb ki, ədalət anlayışını itirmiş bu avropalı deputat öz mandatından utanmayaraq, Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə bədii filmin hazırlanmasında yaxından iştirak edib. Bu, onun erməni ağalarından pul qoparmaq üçün təqdim edəcəyi yeganə layihəsi idi. Azərbaycan öz torpaqlarını azad etdiyi zaman ölkəmizin dərhal AŞPA-dan çıxarılmasını dəstəkləyən bu üzdəniraq siyasətçi nəyə görə 2014-cü ildə Krımda baş verən hadisələrdən sonra Rusiyanın bu təşkilatdan çıxarılmasının əleyhinə çıxış etmişdi? Bu, onun ikiüzlü və qərəzli olduğunu, açıq şəkildə Azərbaycana qarşı düşmənçilik apardığını göstərir. Frank Şvabe ölkəmizə böhtan atma yarışında Luis Okampo və ABŞ Konqresinin bir neçə üzvü ilə açıq rəqabətə girərək onları üstələmək və beləcə erməni diasporundan daha yaxşı pul çəkməyin yollarını axtarır.

Bunlara maliyyə ayıran cahillər isə anlamırlar ki, İlham Əliyevə hansısa formada təzyiq etmək qeyri-mümkündür. Prezident İlham Əliyev xalq dəstəyinə arxalanaraq bədxahların bütün cəhdlərini boşa çıxarır. Bunu F. Şvabe və onun əqidə yoldaşları da bilir. Sadəcə, bu onları maraqlandırmır.

Onları düşündürən bu yolda daha çox pul qazanmaqdır. 44 günlük müharibədən əvvəl torpaqlarımız işğal altında olarkən azərbaycanlı qaçqınların taleyi haqda danışmayan F. Şvabe müharibədən sonra Qarabağı könüllü tərk edən ermənilərlə bağlı ardıcıl bəyanatlar səsləndirirdi.

Alman siyasətçi iddia edirdi ki, Azərbaycan bütün xristian abidələrini məhv edəcək. Lakin demokratik dəyərlərdən danışan bu şəxs ermənilər tərəfindən dağıdılan və təhqir edilən müsəlman məscidləri haqqında bir cümlə də danışmayıb. Sadalanan faktlardan görünür ki, Frank Şvabeyə Azərbaycana qarşı böhtan atmaq üçün səbəb lazım deyil. Hətta səbəb olmayanda belə, o, olmayan “siyasi məhbus” problemini gündəmə gətirə bilir. Lakin bu şəxs bilməlidir ki, onun yalanları yalnız erməni ağalarına xidmət edir, Azərbaycanda isə bu deputatın neçə üzlü olduğu artıq yaxşı bilinir.

Ətraflı Baku TV-nin süjetində:

 

 

KAİM.az

 

Chosen
171
26
kaim.az

10Sources