EN

Tramp Harris ilə ikinci debata qatılmayacağını deyir

ABŞ-nin keçmiş prezidenti Donald Tramp (Donald Trump) sentyabrın 12-də deyib ki, prezident seçkisində rəqibi, vitse-prezident Kamala Harris ilə ikinci debatda iştirak etməyəcək. “ÜÇÜNCÜ DEBAT OLMAYACAQ!”, – Tramp “Truth Social” sosial şəbəkəsində yazıb. O, iyunda prezident Co Bayden (Joe Biden), bu həftə isə demokratların namizədi Harris ilə debata çıxıb. Respublikaçıların namizədi Tramp bundan öncə demişdi ki, Harris ilə debatı “daha yaxşı debatlarımdan biri, bəlkə də, ən yaxşısı” idi. Bayden Tramp ilə debatda zəif performans göstərmişdi. Harris isə sentyabrın 10-da Trampı müdafiə mövqeyinə salıb, onun vəzifəyə uyğunluğu ilə bağlı hücuma keçib, Trampın ideyalarını köhnəlmiş adlandırıb. “Reuters” rəy sorğularının nəticələrinə istinadla yazır ki, izləyicilərin əksəriyyəti Harrisi ABC televiziyasındakı debatın qalibi adlandırıb. “Nielson” araşdırma mərkəzinin məlumatına görə, debatı 67 milyon amerikalı izləyib. Debatdan sonra seçicilərlə görüşən Harris deyib ki, onun fikrincə, respublikaçılar seçicilərə daha bir debat “borclu qalıblar”. Elə Harrisin seçki qərargahı da debatdan dərhal sonra respublikaçıların namizədi ilə daha bir debata hazırlaşdığını açıqlayıb. Debata qədər K.Harris belə bir arzusunu dilə gətirməmişdi. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
xural.com

1Sources