EN

Harris Trampla daha bir debat keçirməkdə israrlıdır

ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd, hazırkı vitse-prezident Kamala Harris Respublikaçılar Partiyasından namizəd, keçmiş dövlət başçısı Donald Trampla daha bir debatın keçirilməsinin zəruriliyinə əmindir.

Bu barədə CNN-ə istinadən məlumat verir.

"İki gün əvvəl Donald Trampla ilk debatımız oldu və mən hesab edirəm ki, seçicilər naminə daha bir debat keçirməyə borcluyuq, çünki bu seçki və ortada olan məsələlər son dərəcə vacibdir", - deyə Harris Şimali Karolina ştatının Şarlott şəhərində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Harrisin bəyanatı Trampın "Truth Social"da daha bir debat raundunun olmayacağını yazdığından bir neçə dəqiqə sonra səslənib.

"Sorğular aydın şəkildə göstərdi ki, mən çərşənbə axşamı demokratların radikal sol namizədi yoldaş Kamala Harrislə keçirilən debatda qalib gəldim və o, dərhal ikinci debata çağırdı", - deyə 45-ci ABŞ prezidenti yazıb.

"Əvvəlcə Prezident Co Baydenlə, sonra yoldaş Kamala ilə debat keçirdim. Üçüncü debat olmayacaq", - deyə o əlavə edib.

Daha əvvəl Tramp bildirmişdi ki, təşkilatçılar neytral mövqe tutsalar, Harrislə yeni debata razılıq verə bilər. Onun fikrincə, ABC telekanalında keçirilən debatlar pis təşkil olunmuşdu, çünki hər iki aparıcı açıq şəkildə vitse-prezidentə kömək edirdi.

Mənbə: oxu.az

Aqreqator
Chosen
93
2
oxu.az

2Sources