Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan iranlı həmkarı Məcid Taxt Rəvançi ilə telefonla danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
"Biz son regional hadisələrlə bağlı fikir mübadiləsi apardıq. İranın Ermənistanın ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndiririk", - deyə Kostanyan deyib.
O, bütün qonşularla münasibətləri gücləndirmək istəyini təsdiqləyib, beynəlxalq sərhədlərin toxunulmazlığı ilə bağlı Tehranın prinsipial mövqeyini ifadə edib və İrəvana səfər dəvətini məmnuniyyətlə qəbul edib.
Sevinc İBRAHİMZADƏ