Fransa Peşəkar Futbol Liqasının Hüquq Komitəsi Paris klubundan "Real Madrid"ə transfer olunan fransalı hücumçu Kilyan Mbappeni PSJ ilə mübahisəli məsələdə haqlı kimi tanıyıb.
İqtisadiyyat.az xəbər verir ki, bu haqda "Le Parisien" məlumat yayıb.
PSJ 25 yaşlı futbolçuya olan 55 milyon avro borcunu bir həftə ərzində ödəməli olacaq. Paris klubu bu ilin aprelindən əvvəlki mövsümün sonuna kimi Mbappenin klubdan ayrılacağını bildiyi üçün onun maaşını və bonuslarını ödəməyib.
Mbappe 2018-ci ildən 2024-cü ilin yayına kimi PSJ-də çıxış edib. Onun "Real"la müqaviləsi 2029-cu ilin iyununa kimi nəzərdə tutulub.