EN

Rusiya 26 "Şahed" PUA ilə Ukraynaya hücum etdi

Sentyabrın 13-nə keçən gecə Rusiya qoşunları “Şahed” pilotsuz uçan aparatları ilə Ukraynaya hücum edərək 26 pilotsuz uçan aparatı buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, onların əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Qeyd olunur ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiya, zenit-raket qoşunları, mobil atəş qrupları və elektron döyüş bölmələri Nikolaev, Odessa, Xmelnitski və İvano-Frankivsk vilayətləri daxilində düşmənin 24 hücum pilotsuz təyyarəsini vurub.

Chosen
75
37
ucnoqta.az

10Sources