EN

Əfsanədən SƏS-KÜYLÜ AÇIQLAMA: “Ya “day-day”ın olmalıdır, ya da…”

“Ya kiminsə tanışıdır, ya da görünür, özünə yaxşı sponsorluq edir. Söhbət, əlbəttə ki, xanımlardan gedir”.

Vaxtilə bir çox məşhur seriallarda rol alan tanınmış model və aktrisa Əfsanə Qasımova Yenicag.az-a açıqlamasında deyib.

O, bütün seriallarda eyni adamların çəkilməsi ilə bağlı sənət adamlarının giley-güzarına münasibət bildirərkən belə deyib.

“Son zamanlar bir çox sənətrkarlar müsahibələrində yerli seriallarda eyni aktyor və aktrisaların çəkilməsindən narazılıq edir. Haqlıdırlar, həqiqətən də baxıram ki, bütün seriallarda eyni simalar çəkilir. Bu da tamaşaçını yorur, bezdirir. Bunun da səbəbləri var. Çünki ya kiminsə tanışıdır, ya da görünür, özünə yaxşı sponsorluq edir. Söhbət, əlbəttə ki, xanımlardan gedir. Ssenari dəyişir, amma aktrisa və aktyorlar dəyişmir. Tamaşaçı da çaş-baş qalır. Elə özümün də başıma gəlib. Populyar olan seriallardan təkliflər almışam, amma deyiblər, filan qədər pul ödə.

İndiki dönəmdə şans, istedaddan da pul önəmlidir. Kiminsə pulu varsa, kino, serial sektorunda öndədir. Ya da “daydayısı varsa”, öndədir. Artıq kino sahəsində istedad rol oynamır. Elə ona görə də gənclər arasında istedadlı aktyora nadir hallarda rast gəlirəm. Bircə “Komedixana”ya baxıram. Onların aktyorlarını çox bəyənirəm, çünki istedadlıdırlar və məni güldürə bilirlər”.

Cəvahir

Chosen
97
4
yenicag.az

5Sources