EN

PUTİN NATO-ya MÜHARİBƏ ELAN EDİR... – Qərb liderlərinin cavabı nə olacaq?

Britaniyanın Baş naziri Baydenlə “Kremlin cavabını” müzakirə edəcək

Ukrayna böyük güclərin apardığı çirkin “gizlənpaç” oyunun girovluğundadır və bundan qurtulmaq üçün qurbanlar verməkdə davam edir...

Artıq xəbər verildiyi kimi, Vladimir Putin Britaniya və ABŞ-yə xəbərdarlıq edib ki, Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verərlərsə, Rusiya ilə birbaşa müharibəyə qoşulmuş olacaqlar.

“AzPolitika” xəbər verir ki, Putinin bu açıqlaması Qərb mətbuatının və siyasi dairələrinin əsas müzakirə mövzusuna çevrilib.

Putin deyib ki, uzaqmənzilli raketlərlə Rusiya ərazilərinin vurulmasına icazə verilməsi “NATO ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olardı və biz üzləşdiyimiz təhdidlərə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik".

O, bu addımın “münaqişənin mahiyyətini əhəmiyyətli dərəcədə dəyişəcəyini” deyib.

Putinin bu isterik reaksiyası Böyük Britaniyanın özünün “Storm Shadow” raketlərilə Ukraynanın Rusiya ərazilərini vurmağa icazə verdiyinə dair xəbərlərin fonunda meydana gəlib.

Bu xəbəri ilk olaraq, “The Guardian” nəşri Britaniya hökumətindəki mənbələrinə istinadla yayıb və qeyd edib ki, “ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemminin Kiyevə son birgə səfəri “Storm Shadow” ilə bağlı müsbət qərar qəbul edilməsəydi” baş tutmazdı”.

Chosen
117
50
azpolitika.info

10Sources