EN

Ukrayna təxminən 43 milyon ton taxıl ixrac edə bilər

1 iyul 2024-cü il- 30 iyun 2025-ci il ərzində Ukrayna təxminən 43 milyon ton taxıl ixrac edə bilər. 

Bakıvaxtı.az "İnterfaks-Ukrayna" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın aqrar siyasət və ərzaq naziri Vitali Koval bildirib.

O, qeyd edib ki, ukraynalı fermerlər xarici bazarlara təxminən 25 milyon ton qarğıdalı və 16,2 milyon ton buğda tədarük etməyi planlaşdırırlar.

"Kənd təsərrüfatı Ukraynanın ixrac gəlirlərinin təqribən 60 faiz təmin edir. Ölkə xaricə təkcə kənd təsərrüfatı xammalı deyil, həm də emal məhsullarının tədarük həcmini artırmağı düşünür", - deyə nazir vurğulayıb.

Xatırladaq ki, 2023-2024-cü marketinq ilində Ukrayna 50 milyon tondan çox taxıl, o cümlədən 29,3 milyon ton qarğıdalı və 18,4 milyon ton buğda ixrac edib. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
bakivaxti.az

1Sources