Ötən günlərdə Kilian Mbappe keçmiş klubu ilə yaşadığı mübahisə nəticəsində Fransa Futbol Federasiyasına müraciət edib.

Offsideplus.az xəbər verir ki, futbolçu PSJ-nin ona 55 milyon avro borcu olduğunu iddia edib.

Futbol federasiyasının hüquq komitəsi Mbappenin xeyrinə qərar verərək, PSJ-dən borcun ödənilməsini tələb edib. Lakin, Paris təmsilçisi "ödəmirik" cavabı verərək, borcu ödəməyi rədd edib və hüquqi addımlar atmağı planlaşdırır.