Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 19 235,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, hesabat dövründə ölkə üzrə elektrik enerjisinin ixracı 858,9 mln. kVt-saat, idxal isə 125,5 mln. kVt-saat təşkil edib.
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2771.8 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14% olub”-paylaşımda bildirilib.