EN

Bakı COP29-a hazırlaşır - Bəs regionlar...

Ölkəmiz artıq aylardır hazırlıq görülən COP29 tədbirinin astanasındadır. Tədbir çərçivəsində dünya ölkələrindən on minlərlə insan Azərbaycana axın edəcək.

 

COP29-la bağlı Bakıda mühüm hazırlıq işləri görülür. Bakı Olimpiya Stadionunda keçiriləcək tədbirdən öncə şəhərin infrastrukturunda ciddi dəyişiklik edilir. 

 

Bəs regionlarda necə? Tədbir çərçivəsində xarici qonaqlar regionlara səfər edəcəkmi? Bölgələrdə COP29-la bağlı hansı işlər görülür?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov bildirib ki, COP29-la bağlı ölkənin hər yerində qurumlar səfərbər edilir.

 

"Tədbirə dünya dövlətlərinin üst səviyyəli vəzifəli şəxsləri qatılacaq ki, bu da olduqca vacibdir. Hazırlıqlar son sürətlə davam edir. Tədbir başlayana qədər bütün hazırlıqlar görülmüş olacaq”, - o qeyd edib.

 

Ş.Nəsirovun sözlərinə görə, COP29-la bağlı paytaxtla yanaşı bir sıra ətraf rayonlarda da hazırlıqlar görülür:

 

“Tədbir çərçivəsində ölkəmizə gələcək insanların Quba, Şamaxı və bəzi başqa rayonlara da səfəri gözlənilir. Ona görə də bu və digər ərazilərdə də müəyyən hazırlıq işləri aparılır”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
modern.az

1Sources