EN

Bölgələrdə təhsil dayandırılıb

Meksikanın Sinaloa əyalətində narkotik kartelinin törətdiyi zorakılıqdan sonra 4 bölgədəki bütün məktəblərdə təhsilin dayandırılıb.

"Cebheinfo.az" xəbər verir ki, Sinaloa qubernatoru Ruben Roça narkotik karteli "Sinaloa" tərəfindən törədilən zorakılıqlarla bağlı açıqlama verib.

Roça zorakılıq hadisələri səbəbindən Culiacan, Elota, Cosala və San Ignaciodakı bütün məktəblərdə təhsilin dayandırıldığını açıqlayıb.

Bundan əlavə, qubernator Roça ştatın paytaxtı Culiacan şəhərinin mərkəzindəki meydanda sentyabrın 16-da Müstəqillik Günü tədbirlərinin də ləğv edildiyini bildirib.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador zorakılıqla bağlı verdiyi açıqlamada "İki qrup arasında qarşıdurmalar var. Xalqın bundan təsirlənməməsini və bir-biri ilə qarşıdurmaya getməməsini təmin etməliyik" ,-deyib. 

Obrador qeyd edib ki, sülhü qorumaq üçün əyalətə kifayət qədər sayda təhlükəsizlik qüvvələri yerləşdiriləcək.

Ordunun müvafiq birliklərlə koordinasiyada olduğunu bildirən Obrador sülh və əmin-amanlığı təmin etmək üçün lazımi səviyyədə təchiz olunduqlarını deyib.

Digər tərəfdən, Sinaloa Prokurorluğu 9-11 sentyabr tarixlərində 16 avtomobil oğurluğu, 14 adam qaçırma və 9 qətl hadisəsi qeydə alındığını açıqlayıb.

Chosen
41
cebheinfo.az

1Sources